AVTOSOFT.AZ

Məxfilik siyasəti

Avtosoft hesab, sifariş, ödəniş və texniki servis məlumatlarını necə qoruyur.

Toplanan məlumatlar

Hesab, əlaqə, sifariş, cihaz və servis məlumatları yalnız xidmət göstərmək və təhlükəsizliyi təmin etmək üçün istifadə olunur.

Təhlükəsizlik

Məlumatlar HTTPS, giriş nəzarəti və audit logları ilə qorunur. Ödəniş məlumatları sertifikatlı ödəniş provayderi üzərindən emal olunur.

Paylaşım

Məlumatlar qanuni tələb və ya xidməti icra edən provayderlər istisna olmaqla üçüncü şəxslərə satılmır.

WhatsApp yazışmaları

16.10.2026 tarixli bu bölmə AvtoSoft-un WhatsApp üzərindən müştəri xidməti və öz idarəetmə panelinə aiddir. Xidmətlə bağlı əlaqə: info@avtosoft.az, +994 70 688 13 13.

AvtoSoft-a yazdığınız zaman WhatsApp profil adı, telefon nömrəsi, göndərdiyiniz mətn, mesaj vaxtı və çatdırılma statusu emal oluna bilər. Özünüz bildirdikdə avtomobilin marka, model və ili, dil seçimi, maraqlandığınız paket, bron vaxtı və xidmət qeydləri də saxlanılır. Panel telefonunuzun SMS-lərini, ünvan kitabçasını və başqa şəxslərlə yazışmalarınızı oxumur.

İstifadə məqsədi və cavablar

Bu məlumatlar sualınızı cavablandırmaq, uyğun xidmət və paket barədə məlumat vermək, bronu və müraciətin gedişini idarə etmək üçün istifadə olunur. Panel saxlanmış hazır cavablar və seçim qaydaları əsasında operatora cavab təklif edir; məlum olmayan suallar operatora yönləndirilir. Hazırkı paneldə yazışmalar xarici süni intellekt modelinə göndərilmir.

Emal və paylaşım

WhatsApp mesajlarının ötürülməsində Meta/WhatsApp iştirak edir və bu xidmətlərin öz məxfilik qaydaları da tətbiq olunur. Hazırkı bağlantıda webhook məlumatları Cloudflare vasitəsilə AvtoSoft-un idarə etdiyi kompüterdəki panelə çatdırılır; panel məlumatları yerli bazada saxlayır. Məlumatlara müştəri xidmətini göstərən səlahiyyətli AvtoSoft əməkdaşları çıxış əldə edir. Bu WhatsApp məlumatları satılmır.

WhatsApp məxfilik siyasəti · Cloudflare məxfilik siyasəti

Məlumatların saxlanması və silinməsi

Hazırkı paneldə avtomatik saxlanma müddəti və avtomatik silinmə qurulmayıb; məlumatlar operator tərəfindən silinənədək bazada qala bilər. Məlumatınıza çıxış, düzəliş və silinmə üçün info@avtosoft.az ünvanına və ya +994 70 688 13 13 nömrəsinə müraciət edə bilərsiniz. Silinmə müraciətinə əl ilə baxılır; qanuni saxlanma öhdəliyi varsa saxlanan hissə və səbəb müraciətə cavabda bildirilir.

Məlumatların silinməsi