AVTOSOFT.AZ

Məlumatların silinməsi

Müraciət göndərin

info@avtosoft.az ünvanına məktub yazın və ya WhatsApp — +994 70 688 13 13 vasitəsilə AvtoSoft-a müraciət edin.

  1. Mövzu kimi “WhatsApp məlumatlarımın silinməsi” yazın.
  2. AvtoSoft ilə əlaqə saxladığınız WhatsApp nömrənizi ölkə kodu ilə qeyd edin.
  3. Hansı məlumatların silinməsini istədiyinizi göstərin: bütün WhatsApp müştəri qeydi və ya konkret yazışma, avtomobil məlumatı, xidmət qeydi, bron.

Məsələn: “+994… nömrəmə aid WhatsApp müştəri qeydlərimin və yazışmalarımın silinməsini istəyirəm.”

Müraciətə baxılması

Bu səhifəni açmaq və ya WhatsApp tətbiqini silmək paneldəki məlumatları avtomatik silmir. AvtoSoft müraciətə əl ilə baxır. Başqa şəxsin məlumatını silməmək üçün həmin WhatsApp nömrəsindən təsdiq istənilə bilər. Parol, SMS giriş kodu və bank kartı məlumatını göndərməyin.

Uyğun qeyd müəyyənləşdirildikdən sonra silinən məlumatlar və ya silinməyə mane olan konkret səbəb barədə müraciət etdiyiniz kanalda cavab verilir. Qanuni saxlanma öhdəliyi olan məlumatlar varsa, hansı hissənin niyə saxlandığı ayrıca bildirilir.

Silinmənin əhatəsi

Müraciət AvtoSoft-un idarə etdiyi WhatsApp müştəri bazasındakı profil/telefon, mesaj, avtomobil, operator qeydi və bron məlumatlarına aiddir. Sayt hesabı və başqa xidmət məlumatlarının da silinməsini istəyirsinizsə bunu müraciətdə ayrıca qeyd edin.

AvtoSoft bazasından silinmə Meta/WhatsApp-da, sizin telefonunuzda və digər iştirakçıların cihazlarında saxlanan surətləri avtomatik silmir; həmin surətlər müvafiq xidmətin qaydaları ilə idarə olunur.

Məxfilik siyasəti